12.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər Kitabxana filialı 12 .08 .2022-ci il tarixində 12 Avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş " Gənclər Beynəlxalq aləmdə " başlığı altında söhbət keçirtdi.
Tədbirdə İsmət Qayıbov adına 1saylı tam orta məktəbin şagirdləri,müəllim və valideyinlər iştirak edirdilər.
Tədbirdə kitabxananın müdiri Məryəm Məmmədova gəncləri bayram münasibətilə təbrik etdikdən sonra, yay tətilində dünyanın bir çox yerlərində bayrağımızı və himnimizi qürurla dalğalandıran idmançılarımızdan danışdı. Müəllimə Ləman Pənahova bu idmançılardan birinin də məktəbin şagirdi Rəvan Həsənovun olmasından və onların xoş gələcəyi haqqında məlumat verdi. Şagirdlər Rəvan Həsənovun Xarvatiyada güləş üzrə avropa çempionatının seçmə mərhələsində iştirak etməsindən və 1 ci yerə çıxmasından və onun məğlub etdiyi türk idmançısını əlindən tutub qaldırmasından ürək dolusu söz açdılar. Tədbirdə iştirak edən valideyinlər belə səpgidə tədbirlərin keçirilməsindən məmnun olduqlarını bildirdilər.